Cənubi Koreya çempionatında XXXVII turun oyunları keçirilib.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda səfərdə “İnçhon Yunayted”lə qarşılaşaraq 2:1 hesabı ilə qalib gəlib.
Anton bu görüşə start heyətdə meydana daxil olaraq 5-ci dəqiqədə qol vurub. Oyunun sonunad 2 dəqiqəyə - 90+1 və 90+3-də isə sarı vərəqələr alaraq meydandan qovulub.
“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC