Estoniya milli komandasının kapitanı Karol Mets UEFA Millətlər Liqasının C1 qrupunun V turunun Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Presssport.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasında mövsümü layiqli başa vurmaq istədiklərini söyləyib: "Bu səbəbdən Slovakiya yığması ilə matç da çox vacibdi. Üstəlik, son vaxtlar daha güclü komandalara qarşı yaxşı nəticə əldə etmirik. Bununla belə, əsas diqqət əlbəttə ki, Azərbaycanla oyuna yönələcək. Düzünü desək, bu, əsas görüş olacaq. Bu oyun C divizionunda qalmaq üçün böyük bir addım ola bilər”.
Xatırladaq ki, Azərbaycan - Estoniya oyunu noyabrın 16-da Qəbələ şəhər stadionunda saat 18:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC