“Turan Tovuz”da baş məşqçisinin köməkçisi Cavid Hüseynovla olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Presssport.az xəbər verir ki, bu haqda Tovuz klubunun mətbuat xidməti məlumaat yayıb.
Klub Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
Bununla da 36 yaşlı mütəxəssisin "Səbail"in baş məşqçi postuna təyinatının sadəcə, rəsmiləşməsi qalıb. "Dənizçilər" Misli Premyer Liqasının son turnda məhz “Turan Tovuz”la qarşılaşaraq baş məşqçi əvəzi Elvin Məmmədov olmuşdu. Hansı ki, uzun illərdi dostu olan Hüseynovun məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, Hüseynov Tovuz təmsilçisinə bu yay gəlmişdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC