"Beşiktaş"ın Avropa Liqası Liqa mərhələsinin V turu çərçivəsində "Makkabi" (Təl-Əviv) ilə keçirəcəyi ev oyununun məkanı müəyyənləşib.
Presssport.a xəbər verir ki, matç Macarıstanın Debretsen şəhərində təşkil olunacaq.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.
Xatırladaq ki, "Beşiktaş" - "Makkabi" qarşılaşması noyabrın 28-də baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC