"Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Presssport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə məşhur həkim Mehmet Binnət tərəfindən gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Xatırladaq ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC