Sablyaçılarımız Əlcəzairdə Dünya Kubokunda çıxış edib

Azərbaycan təmsilçiləri Əlcəzairin Oran şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunda çıxış edib.

Presssport.az xəbər verir ki, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında ən güclü “8-liy”ə yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız güclü rəqibinə 44:45 hesabı ilə uduzub.

Millimiz 9-16-cı yer uğrunda baş tutan duellerdə Əlcəzairi 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda reallaşan qarşılaşmada isə yığmamız İspaniyaya 32:45 hesabı ilə məğlub olub.

Kaspiaroviç zədələndiyindən komandamız Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.

Sablyaçıların şəxsi yarışında Kərimova və Hüseynova qrup mərhələsini uğurla başa vursalar da, pley-offda mübarizəni dayandırıb. Palina isə ən güclü “8-liy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı, macar Katinka Battaniyə 7:15 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC