Cavid Hüseynov vida paylaşımı: "Turan Tovuz"a bundan sonra da böyük uğur və müvəffəqiyyət arzulayıram"

"Turan Tovuz"dan ayrılan Cavid Hüseynov “Facebook”dakı şəxsi hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, "Səbail"ə baş məşqçi təyin olunacağı gözlənilən 36 yaşlı mütəxəssis vida paylaşımında bunları yazıb: "Hər zaman işin ən çətin tərəfi sənin üçün doğmalaşan, əziz olan yerdən gedərkən sağollaşmaqdı. Çünki belə anlarda müxtəlif hisslər insana hakim kəsilir. Geridə qalan müddətdə dünyanın ən nüfuzlu və təcrübəli baş məşqçilərindən olan Kurban Berdiyevin yanında qazandığım əvəzsiz təcrübə məşqçilik karyeramın yeni dönəmində çox böyük üstünlük olacaq. Kurban müəllimə və "Turan Tovuz” rəhbərliyinə, başda prezident Ehtiram Quliyev, Səməd Nəsibov olmaqla bütöv "Turan" ailəsinə isti, ailəvi münasibətə görə sonsuz təşəkkürümü bildirirəm. Bundan başqa, istər futbolçu, istərsə də məşqçilik karyeramda gördüyüm ən çılğın, sədaqətli azarkeş qrupundan olan Tovuz fanatlarına dərin minnətdarlığımı çatdırıram. "Turan Tovuz” komandasına bundan sonra da böyük uğur və müvəffəqiyyət arzulayıram. Sizi heç zaman unutmayacam".

Xatırladaq ki, Hüseynov bu yaydan "Turan Tovuz"da baş məşqçi Kurban Berdiyevin köməkçisi vəzifəsində çalışırdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC