FİFA-nın prezidenti Canni İnfantino rəsmi sosial şəbəkə hesabında Azərbaycana səfəri ilə bağlı video paylaşıb.
Presssport.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri paytaxt Bakıda keçirilən COP29-da iştirak üçün ölkəmizə səfər edib.
Eyni zamanda, o, səfəri zamanı AFFA-nın prezidenti Rövşən Nəcəflə görüşdüyünü, Azərbaycanın futbol ölkəsi olduğunu qeyd edib.
İnfantino "Turan Tovuz" Futbol Akademiyasının inşasına dəstək olan federasiyanın bu idman növünün inkişafında önəmli rolunun olduğunu da vurğulayıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC