Estoniya millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan millisinə qarşı oyun haqda danışıb.
Presssport.az xəbər verir ki, “Azərbaycanla oyun 3-cü yer üçün mübarizəyə görə daha vacib sayılacaq?” sualının belə cavablandırıb: "Bizim üçün hər oyun vacibdi. Hər qarşılaşma elə hazırlaşırıq ki, sanki hamısı həlledicidi. Azərbaycanla oyun üçün tam strategiyanı qurmamışıq. Bu, bizdə olan futbolçulardan da asılıdı. Ev oyununda göstərdik ki, müxtəlif vəziyyətlərə reaksiya verməyə hazırıq. Əlbəttə ki, Azərbaycanı keçmək istəyirik. Məşqçinin bir oyuna planları çətin olur, amma məsələn, 75-ci dəqiqədə istədiyini futbolçulara çatdırmaq çətin olur. Oyunçulara müxtəlif variantlar təqdim etməyə çalışırıq ki, matçda mümkün olan hər bir vəziyyətə tamamilə hazır olsunlar".
Bu yerdə bildirək ki, estonlar 3 xalla qrupda 3-cüdü, millimiz isə xalsız qrup sonuncusudu.
Xatırladaq ki, Azərbaycan - Estoniya matçı noyabrın 16-da Qəbələ şəhər stadionunda saat 18:00-da baş tutacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC