AVF rəsmisi Çempionlar Liqası qarşılaşmasına təyinat alıb

Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti beynəlxalq təyinat verilib.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (Rumıniya) və “BKS Bostik ZGO Byelsko-Byala” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynlı Aleksander Sikanyiç və belçikalı Koen Luts olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC