Avropa çempionu olan güləşçimiz Çində kəmər qazanıb

Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,

“Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.

Ona yaxın ölkənin təmsil olunduğu turnirdə U-20 yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıb. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək, kəmərə sahib çıxıb.

Onu da bildirək ki, komanda Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıb. İki həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC