Xaqani Məmmədov I Liqa klubuna baş məşqçi təyin olunub

“Difai” yeni baş məşqçisini açıqlayıb. 

Presssport.az xəbər verir ki, I Liqa təmsilçisi millimizin sabiq futbolçusu Xaqani Məmmədovla anlaşıb.

48 yaşlı mütəxəssis komandanı cari mövsümün sonuna qədər çalışdıracaq. A kateqoriyaya malik Məmmədov son olaraq keçən mövsümün sonunda "Araz-Naxçıvan"da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.

Xatırladaq ki. “Difai” bu mövsümə Elgiz Kərəmlinin rəhbərliyi altında başlamış, daha sonra baş məşqçi postuna Adil Mahmudovu gətirmişdi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC