Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FİFA prezidenti Canni İnfantino ilə görüşüb.
Presssport.az xəbər verir ki, dünya ali ffutbol qurumunun başçısı xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim edib.
Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA prezidenti Rövşən Nəcəf, hazırda FİFA-da direktor vəzifəsində çalışan Elxan Məmmədov da iştirak edib.
Xatırladaq ki, İnfantino COP29-da iştirakla bağlı ölkəmizə səfərə gəlib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC