“Tovuzdakı yoldaşlıq görüşü zamanı ”Turan" veteranları, rəhbərliyi ilə səmimi görüşümüz, isti münasibətimiz oldu. Klubun hazırkı rəhbəri Ehturam Quliyevlə də söhbətləşmək imkanına malik olduq. O, hələ meydançada da bizmlə görüşdü, ayaqüstü söhbət etdik".
Bu fikirləri Presssport.az-a açıqlamasında “Kəpəz”in veteran futbolçusu Firuz Qulami deyib.
“Turan”ın çempionluğunun və ölkəmizi ilk dəfə “Fənərbaxça” ilə oyunlarda qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar olaraq “Turan” və “Kəpəz”in veteranları arasında yoldaşlıq oyununda iştirak edən 52 yaşlı keçmiş yaraımmüdafiəçi “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin onlara verdiyi dəyəri xüsusi qiymətləndirib: “Ehtiram müəllimin özü də dedi ki, o vaxt sizin futbola - “Turan” - “Kəpəz” derbisinə baxmışdıq və xoş oldu ki, bu gün həmin oyunun təkrarını, sizlərin iştirakı sayəsində bu 2 komandanın qarşılaşmasını izləyirik. Çox səmimi insandı, əhval-ruhiyyəsi də yaxşı idi. Ümumiyyətlə, Tovuz klubu rəhbərliyi bizlərlə əvvəllər necə səmimi idilərsə, yenə həminki kimi idlər. Biz də istəyərik ki, Gəncə futbolunda Ehtiram Quliyev kimi bir rəhbər olsun. Açığı, ”Turan Tovuz" rəhbərliyi Azərbaycan futbolunda klub rəhbərliyi çox səviyyəlidi, insanlara, futbol veteranlarına qarşı çox diqqətcildi. Onlarla foto çəkdirəndə həm Ehtritam Quliyevə, həm də Vidadi Əhmədova biz “Kəpəz” veteranları adından səmimi minnətdarlığımı bildirdim".
Xatırladaq ki, Tovuz şəhər stadionundakı yoldaşlıq görüşü 5:5 hesabıyla yekunlaşıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC