Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev CEV Kubokuna təyinat alıb.
Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz qadınlar arasında CEV kubokunun 1/16 final mərhələsində mübarizə aparan Türkiyənin “THY İstanbul” və Monteneqronun “OK Herceg Novi" komandaları arasında keçiriləcək oyunu idarə edəcək.
Noyabrın 13-də Türkiyədə baş tutacaq matçın digər hakimi çexiyalı Roman Marsçnerdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC