Qvineyada futbol matçında dava - 100-dən çox ölü var

Qvineyanın 2-ci böyük şəhəri olan Nzerkoredə keçirilən futbol matçında kütləvi dava düşüb.

Presssport.az xəbər verir ki, bu zaman 100-dən çox insan həlak olub. 

Bu barədə Qvineyada xəstəxanaların birində işləyən həkim məlumat verib. Cəsədlər yerli xəstəxana və moqrları doldurub.

Məlumata görə, insidentə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi olub. Bundan sonra isə insident böyüyüb və azarkeşlər arasında dava-dalaş yaranıb. 

Polis onları ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu zaman azarkeşlər stadiondan qaçmağa başlayıb və çıxışlarda sıxlıq yaranıb. Çoxları boğularaq və ya küçəyə çıxmaq istəyərkən stadionun divarlarından yıxılaraq ölüb. Nəticədə xeyli sayda adam yaralanıb, 100-dən çox ölən olub.

Həmçinin bildirilib ki, insident 2021-ci ildə özünü Qvineya prezidenti elan edən, Qvineya üsyançılarının lideri polkovnik Mamadi Dumbiyanın şərəfinə keçirilən turnirdə yaşanıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC