Cüdo üzrə böyüklər arasında Azərbaycan çempionatına yekun vurulub.
Presssport.az xəbər verir ki, adınların yarışında qalib "Neftçi" İdman Klubunun 1-ci komandası olub. Gümüş medala Şuşa UGİM, bürünc mükafatlara isə "Cüdo Klub 2012" və Umbayev Cüdo Klubu sahib çıxıb.
Kişilər arasında yarışda çempionluğu "Cüdo Klub 2012" qazanıb. "Atilla" klubu 2-ci, "Kanokan TT" və "Neftçi" İdman Klubunun 1-ci komandası 3-cü yeri tutub.
Qalib komandalara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərov, vitse-prezident Elnur Məmmədli və ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu təqdim edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC