Azərbaycan Kubokunun 33 mövsümündə 34-cü dəfə qalib penaltilər seriyasında müəyyənləşib.
Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, kubokun 2024/25 mövsümünün 1/8 final mərhələsidə baş tutan "Sabah" - "Turan Tovuz" matçında gerçəkləşib.
Paytaxt təmsilçisi Tovuz klubu ilə səfərdəki dueldən qalib ayrılıb – 2:2 (3:1, p.). Bu, həm də cari mövsümündə penaltilər seriyasına qədər uzanan ilk matçdı.
Əvvəlki 32 mövsümdə 33 dəfə qalib oyunsonrası “lotereya”da bəlli olub. Sonuncu belə oyunlar ötən mövsümün I təsnifat mərhələsində baş tutub. “Şahdağ Qusar” “Qusar”a (0:0, p. 5:4), “Şəfa” “Şəmkir”ə (1:1, p. 5:3) qalib gəlib.
Onu da bildirək ki, həm “Sabah”, həm “Turan Tovuz” ölkə kubokunda ilk dəfə penaltilər seriyasında qüvvəsini sınayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC