"Neftçi"nin baş məşqçisi Samir Abasov Yuri Matiası cəzalandırıb.
Presssport.az xəbər verir ki, buna səbəb braziliyalı legionerin Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"la görüşdə (0:3) yol verdiyi məsuliyyətsizlik olub.
Təcrübəli mütəxəssis arxa xətt oyunçunun ilk qolda etdiyi kobud xətanın üzərindən keçib. Bunu oyun epizodu kimi dəyərləndirib.
Amma buraxılan 3-cü qolda Matiasın etdiyi məsuliyyətsizliyi ona bağışlamayıb.
Əcnəbi futbolçuya böyük məbləğdə pul cəzası kəsilib.
Xatırladaq ki, 3-cü qolda "44 nömrə" boş qapıya gedən topun qarşısını ala biləcəyi halda, oyundankənar şübhəsi ilə qolu sadəcə seyr edib (sportinfo.az).
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC