İki gün öncə Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun ailəsinin yaşadığı evdə partlayış baş verib və hadisə nəticəsində onun valideynləri xəsarət alıb.
Presssport.az xəəbər verir ki, TƏBİB-dən hər iki şəxsin hazırkı vəziyyətini açıqlayıb.
“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.
TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub”, - qurumdan bildirilib.
Onu da bildirək ki, Vüqarın anası Aidə Həşimova hazırda “Liv Bona Dea Hospital”dadı və həkimlər onun hər 2 ayağından əməliyyat olunmasına qərar verib. Bunun 2-3 günə keçirilməsi nəzərdə tutulub.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC