ÇL-də daha 2 komanda növbəti mərhələ şansını rəsmən itirdi

Çempionlar Liqasında (ÇL) Liqa mərhələinin VI turunun oyunlarından sonra daha iki komandanın turnirlə vidalaşacağı dəqiqləşib.

Presssport.az xəbər verir ki, “Yanq Boyz” (İsveçrə) və “Slovan” (Slovakiya) qarşıdakı iki oyunun nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksəlmək şanslarını itirib.

"Slovan" son turda "Atletiko"ya (Madrid) 1:3, "Yanq Boyz" isə "Ştutqart"a 1:5 hesabı ilə məğlub olub.

Hazırda xalsız olan bu komandalar turnir cədvəlində müvafiq olaraq 35 və 36-cı sıradadı. Bu isə o deməkdir ki, komandaların pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı da qalmayıb.

Xatırladaq ki, daha əvvəl Almaniyanın “Leypsiq” klubunun yarışı tərk edəcəyi məlum olmuşdu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC