"Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo "Globe Soccer" mükafatını qazanıb.
Presssport.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı hücumçu 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
Ronaldo digər namizədlər Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayaraq qalib gəlib.
Onu da bildirək ki, 2023-cü ildə "Globe Soccer"in ilin ən yaxşı futbolçusu mükafatı norveçli hücumçu Erlinq Haalanda, ən yaxşı məşqçisi isə ispaniyalı Xosep Qvardiolaya (hər ikisi "Mançester Siti") verilmişdi. Həmin ilin ən yaxşı Yaxın Şərqin futbolçusu mükafatının qalibi də məhz Kriştiano olmuşdu.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC