Avropa çempionatının əsas mərhələsində komandamız bu gün növbəti oyununu keçirəcək.
Presssport.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığmasının qonağı olacaq.
Son 2 məşqini matçın keçiriləcəyi arenada reallaşdıran komandamızın təcrübəli üzvlərindən Fərid Atakişiyev azfutzal.az-a bunları deyib: “Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son 2 məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmağımız zala yaxşı bələd olmağımız və vaxta uyğunlaşmağımız baxımından vacib idi. Bu cür oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, maksimum istifadə etməyə çalışdıq”.
Fərid komanda olaraq istəkli olduqlarını vurğulayıb: "Əlbəttə, bilirik ki, bizi ağır oyun gözləyir. Xorvatiya millisi hər zaman öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir. Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə məthələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etməkləri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq".
Atakişiyev indiki məqamda bütün diqqətlərini Xorvatiya ilə oyuna yönəltdiklərini söyləyib:. Rəqib komandanı məşqçilər korpusu analiz edib. Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şeyin yaxşı olacaq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC