Azərbaycan I Liqasında 2025/26 mövsümündə komanda sayı artırılacaq.
Presssport.az xəbər ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar çıxarılıb.
Belə ki, cari mövsüm I Liqada turnir cədvəlini sonuncu yerdə başa vuran klub II Liqaya düşəcək, II Liqadan isə ilk 3 yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.
I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.
Qalib komanda I Liqada mübarizə aparmaq hüququ qazanacaq.
Onu da bildirək ki, cari mövsümün sonunda I Liqadan Premyer Liqaya 3 komanda yüksələcəyindən, belə bir sistem tətbiq olunacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC