PFL "Qarabağ" - "Kəpəz" oyununun məkanını dəyişdirib - Tovuzdakı tədbirlərə görə

Misli Premyer Liqasının XXVII turunda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Kəpəz” oyununun yeri dəyişdirilib.

Presssport.az xəbər verir ki, AFFA tərəfindən martın 15-də Tovuzda Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək.

Bu səbəbdən Peşəkar Futbol Liqasına (PFL) müraciət edilib. PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq XXVII turun “Qarabağ” – “Kəpəz” oyunu ilə XXXV turdakı “Kəpəz” – “Qarabağ” qarşılaşmasının yerlərində dəyişiklik edib.

Sözügedən matçın start fiti saat 17:00-da səslənəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC