Yığmamız İnkişaf Kubokunda 3-cü yer uğrunda oyuna çıxacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində 3-cü yer uğrunda oyuna çıxacaq.

Presssport.az xəbər verir ki, yer aldığı B qrupunu 6 xalla 2-ci pillədə tamamlayan millimiz A qrupunda eyni xalla 2-ci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.

Görüş fevralın 21-də Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək.

Xatırladaq ki, İlham Yadullayevin komandası qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC