"Şamaxı"nın hücumçusu Belaydi Pusi karyerasını Rusiyada davam etdirəcək.
Presssport.az,xəbər verir ki, albaniyalı forvard "Fakel"ə keçib.
Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Təcrübəli hücumçu bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC