Bobir qol hesabını Tovuzda açdı, "Sumqayıt"ı 400-ə çatdırdı

"Sumqayıt" Azərbaycan çempionatında 400-cü qolunu vurub.

Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"la oyuna təsadüf edib.

2:1 hesabı ilə qalib gələn qonaqların 2-ci qolu yubiley xarakteri daşıyıb. Bu topun müəllifi 64-cü dəqiqədə fərqlənən özbək hücumçu Bobir Abdixolikov olub. Qış transferi Azərbaycan klubunda qol hesabını açıb. 

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatları tarixində 400 və daha çox qol vuran 9-cu komanda olub.

Sumqayıtın eyniadlı təmsilçisi “400”ə 427-ci oyunda çatıb. Bu qollardan 210-u ev, 190-ı səfər matçlarında vurulub.

Onu da bildirək ki, “Sumqayıt”ın Premyer Liqadakı 1-ci qolunu Eşqin Quliyev 2011/2012 mövsümündə vurub. O, 2011-ci il avqustun 6-da "Xəzər Lənkəran”la səfər matçında (1:2) fərqlənib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC