“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şəkidə

Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) təşkilatçılığı ilə Şəki şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Pressssport.az xəbər verir ki, Şəki şəhər stadionunda baş tutan tədbirdə UGFF-nın prezidenti Asif Əliyev, baş katib Asim Xudiyev ilə yanaşı, millət vəkili Vüqar İsgəndərov və Futbolun İnkişaf Fondunun (FİF) əməkdaşları iştirak edib.

Tədbirdə AFFA və UGFF tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və futbol topları verilib.

Xatırladaq ki, FİF 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 ədəd top ianə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC