Klublar milyonlar qazanacaq - dünya çempionatında

FİFA bu yay keçiriləcək klublararası dünya çempionatının mükafat fondunu təsdiqləyib.

Presssport.az xəbər verir ki, turnirdə iştirak edən klublar üçün ümumilikdə 525 milyon dollar ayrılıb. Avropa klublarına reytinqlərinə və gəlirlərinə görə pul ödəniləcək.

Ən yüksək payı "Mançester Siti", "Çelsi", "Real", "Bavariya" kimi klublar əldə edəcək.

Cənubi Afrika təmsilçiləri 15,21 milyon dollar iştirak bonusu qazanacaq. Şimali Amerika, Afrika və Asiya klublarına 9,55 milyon dollar veriləcək. Okeaniyadan turnirə qatılanlar isə 3,58 milyon dollar gəlir götürəcək.

Klublar turnirdə göstərdikləri nəticələrə görə gəlirlərini artıra biləcək. Bunun üçün əlavə 475 milyon dollar ayrılıb. 

Klublararası dünya çempionatının mükafatları:

Qrupda qələbə - 2 milyon avro 
Qrupda heç-heçə - 1 milyon dollar 
1/8 final - 7,5 milyon dollar 
1/4 final - 13,125 milyon dollar 
Yarımfinal - 21 milyon dollar 
Final - 30 milyon dollar 
Çempion - 40 milyon dollar

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC