Pauerliftinq üzrə dünya çempionu Vladimir Vanyan həbs olunub.
Presssport.az xəbər verir ki, bu barədə qərarı Rusiyanın Krasndoar şəhərinin Lenin rayon məhkəməsi verib.
Buna erməni blogerin martın 24-dəki hərəkətləri səbəb olub.
Belə ki, dünya çempionu içkili halda “YouTube”da canlı yayımda təhqiramiz ifadələr səsləndirib. O, Rusiyanın Federal Təhlükəsizlik Xidmətini, həmçinin xüsusi hərbi əməliyyatların keçirilməsini təhqir edib, “Qarabağ Ermənistandır, Krasnodar da” deməkdən də çəkinməyib.
Artıq ertəsi gün içkinin təsirindən ayılan Vanyan adıçəkilən sosial şəbəkədəki materialı silib. Lakin bu da onu xilas etməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC