AFFA rəhbərliyi Gəncə və Mingəçevirdə də futbol obyektlərinə baxış keçirib

AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev bu gün Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirib.

Presssport.az xəbər verir bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Onlar əvvəlcə FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyasına, həmçinin orada salınmış iki təbii və bir süni örtüklü meydançaya baxış keçirib. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri akademiyada yaradılan şəraitlə bağlı məlumat verib.

AFFA rəsmiləri, eləcə də, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yaradılan şəraitlə tanış olub. “Mingəçevir"in nümayəndələri stadiondakı son durumla bağlı qonaqları məlumatlandırıb.

Xatırladaq ki, bu gün AFFA rəhbərliyi Yevlax şəhər stadionunun durumu ilə də tanış olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC