"Neftçi" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Mübariz Orucov matçdan sonra keçirilən mətbuat konfransına qələbəni şərh etməklə başlayıb.
- Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm.
- Zədəli futbolçulardan kimlər sizin üçün mövsümün matçı olacaq "Sabah"la cavab yarımfinal matçına kimi hazır olacaq?
- Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq.
- Bu gün zədələnərək əvəzlədiyiniz Emil Səfərovun zədəsi ciddidi?
- Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindi, zədəli oyunçular çoxdu, çalışırıq ki, bu durumdan çıxaq.
- "Sabah"ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Buna münasibətiniz necədi?
- Oxumamışam, məlumatım yoxdu. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Bu üzdən nəsə deməyim düzgün olmaz.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC