“Bir neçə azərbaycanlı futbolçu Türkiyəyə yollanacaq” - FİFA menecerimiz

“Bugünlərdə Türkiyənin ən məşhur FİFA agentləri və klub rəhbərləri ilə səmərəli görüşlər keçirdik. Bizimlə müqaviləsi olan futbolçular İstanbulun ən köklü klubunda baxışda olacaqlar. Məqsədimiz onların legioner həyatı yaşamasıdı”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycanın imtahanla keçən ilk rəsmi FiFA meneceri Səid Bağırov deyib.

İstanbulda Türkiyənin ən məşhur FİFA agentlərinin dəvəti ilə görüşlərdə iştirak edən “QOLAT Football Agency”nin rəhbəri perspektivdə qarşılıqlı səfərlərin olacağını, artıq bir neçə tanınmış futbol adamının qarşıdakı günlərdə Azərbaycana səfər edərək, Premyer Liqa matçlarını yerində izləmək istədiklərini deyib.

Yaxınlarda sürprizlər ola biləcəyinin anonsunu verən Bağırov “Ümraniyyespor”un akademiyasında olub və komandanın baş məşqçisi Bülent Bölükbaşı ilə görüşüb, maraq göstərdiyi oyunçuların siyahısını təqdim edib. FİFA menecerimiz yeni mövsüm öncəsi bir neçə futbolçumuzun İstanbula yollanacağını vurğulayıb: "Hələlik adı çəkmək istəmirəm. Qoy, indi sirr olaraq qalsın. Gələn həftə tanınan türkiyəli baş məşqçilərdən biri Azərbaycana səfər edəcək. Hətta izləmək istədiyi matçların siyahısını da tərtib edib. Bu, “Səbail” - “Turan Tovuz”, “Zirə” - “Qarabağ” və “Sabah” - “Kəpəz” qarşılaşmalarıdır. Şirkət olaraq bizimlə çalışmaqdan məmnun olduğunu diqqətə çatdırıb”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC