Avstraliya mətbuatı bir komandada uzun müddət baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssislər haqda yazıb.
Presssport.az “Sporting News"a istinadən xəbər verir ki , bu siyahıya 6 məşqçinin adı daxil edilib.
Bunlar arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var ki, o, 2-ci pillədə qərarlaşıb. Avstraliyalı həmkarlarımız 53 yaşlı azərbaycanlı məşqçinin 2008-ci il avqustun 4-dən (16 il, 244 gün) Ağdam təmsilçisinə rəhbərlik etməsini xüsusi qabardıb. Qurbanov yalnız “Haydenhaym”in çalışdırıcısı Frank Şmidtdən (17 il, 197 gün) geri qalır.
"TOP-6"da Saymon Uiver (“Harroqeyt Taun”, İngiltərə), Koldo (Andorra millisi), Luk Holts (Lüksemburq millisi) və Dieqo Simeone (“Atletiko”, İspaniya) da yer alıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC