Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının rəsmisi ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ilə görüşüb.

Presssport.az xəbər verir ki, görüşdə gimnastikanın inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması müzakirə mövzusu olub.

Həmçinin Azərbaycan və FIG-in “Gimnastika hamı üçün” Komitəsi arasında əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Görüşdə FIG-in “Gimnastika hamı üçün” Komitəsinin üzvləri və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri də iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC