"Sabah"ın prezidenti: “Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını, onun 2 turdu təyinat almamasını da mətbuatdan oxumuşam"

“Sabah”ın prezidenti Maqsud Adıgözəlov son bir neçə gündə hakimlərlə qalmaqalda adlarının hallanmasına münasibət bildirib.

Presssport.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin üzvü bu barədə qurumun bugünkü Hesabat Konfransından sonra jurnalistlərə açıqlamasında danışıb. O, Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" ilə görüşün baş hakimi Əliyar Ağayevlə arasında heç bir problemin olmadığını deyib: "Əliyar Ağayevə böyük hörmətim var. 7 ildir ki, futbol sahəsindəyəm. Bir dəfə belə Əliyar Ağayevlə dialoqum olmayıb. “Neftçi” ilə oyundan sonra da heç aşağı düşməmişəm. Nə Əliyarı görmüşəm, nə də başqalarını. Onun 2 turdu təyinat almamasını da mətbuatdan oxumuşam".

Adıgözəlov "Neftçi" ilə matçdakı penalti epizoduna görə oyunun VAR hakimi Rauf Allahverdiyevdən narazı qaldığını və məsələ ilə əlaqədar AFFA-ya müraciət etdiklərini vurğulayıb: "Sadəcə, “Neftçi” ilə matçda verilməyən penaltimizlə bağlı AFFA-ya bildirmişik. Amma Əliyar Ağayevdən şikayət etməmişik. Narazılığım daha çox VAR hakimi ilə bağlıdır. Çünki Əliyar Ağayev meydandadı, görməyə bilər. Amma başa düşmürəm ki, niyə adi insan televizordan bu epizodu görə bilir, amma VAR hakimi görmür? Onların baxmaq üçün vaxtı, avadanlıqları var. AFFA-ya müraiət ünvanlamışıq".

Xatırladaq ki, sözügedən qarşılaşmanın 90+1-ci dəqiqəsində “Sabah”ın futbolçusu Coy Lens Mikels cərimə meydançası daxilində qapı xəttinə doğru hərəkət edib və topa zərbə vurub. Bu vaxt “Neftçi”nin oyunçusu Yuri Matias onun ayağına təmas edib. Matçın hakimləri davam qərarı veriblər və “Sabah”ın xeyrinə künc zərbəsi təyin ediblər. "Sabah" isə həmin epizodda "Neftçi"nin qapısına penalti təyin edilməməyinə görə narazı qalıb.

Bu görüşdə "Sabah" 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC