"Araz-Naxçıvan" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.
- Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq.
- Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?
- Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.
- Qarşıda "Turan Tovuz" və "Qarabağ"la oyunlar var. Komandada nəticəylə bağlı psixooloji gərginlik olacaq*
- Gərginliyin olmağı normaldı. Çünki futbol stressli idman növüdü. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olsan ki, belə qrafikə girməyəsən. Komanda hər iki “cəbhə”də öz iddiasını göstərəcək.
- Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiniz ki, ən yaxın izləyiciniz “Turan Tovuz” həmin pilləni əlinizdən alar?
- Bizi düşündürən "Turan Tovuz" deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.
- "Kəpəz" ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?
- Mən o fikirdə deyiləm. "Kəpəz" qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC