“Qarabağ”ın yeni transferi Aleksey İsayev sabiq klubu “Sabah”la vidalaşıb. Presssport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi şəxsi "İnstagram" hesabında keçmiş komandasında hər kəsə təşəkkür etmək istədiyini yazıb: "Mənim üçün bu 4 il bir anda ötüb keçdi, həm sevincli, həm də kədərli anlar oldu. Amma minnətdaram ki, bütün bunları sizinlə birlikdə keçirdik. Komanda yoldaşlarımın hər birinə təşəkkür edirəm, sizinlə oynamaq şərəf idi. Çətin olanda məni həmişə ayaq üstə saxlayıb, qayğıma qaldığı üçün tibb işçilərinin hər bir üzvünə təşəkkür edirəm. Bütün administrasiya işçilərinə təşəkkürümü bildirirəm, hər hansı problem yarananda tez bir zamanda həll etdiniz. Hər zaman bizi dinləməyə və görüşməyə çalışdıqları üçün klub rəhbərliyinə də minnətdaram. Murad Musayevin rəhbərlik etdiyi məşqçilər korpusuna xüsusi təşəkkürümü bildirirəm ki, mənə inanıb, meydanda əsl emosiyaları hiss etdirməyə imkan verdilər, əla hisslər idi. Özüm üçün bir şeyi deyə bilərəm - özümü əsirgəmədən həmişə mübarizə aparmışam, sona qədər oynamışam və hər birinizlə həmişə dürüst, açıq olmağa çalışmışam. Həm də yaxşı və pis anlarda komandaya dəstək olan hər bir “Sabah” azarkeşinə təşəkkür etmək istəyirəm”. Xatırladaq ki, İsayev "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC