"Bu iki oyunluq qarşıdurma necə bitsə də, “Bayer” rəhbərliyi Lunyovu qaytarmağı düşünməlidi"

Rusiya mətbuatı "Qarabağ"da çıxış edən həmyerliləri Andrey Lunyovun çıxışına xüsusi diqqət ayırmaqda davam edir.

Presssport.az xəbər verir ki, məşhur “Sovetski Sport” nəşrində 33 yaşlı qapıçının Avropa Liqasında “Bayer”lə Balıdakı ilk 1/8 final matçında uğurlu oyunu qeyd olunaraq, almanlara mesaj göndərilib: “2:2 - “Qarabağ”ı Avropada yazın ən səs-küylü sensasiyasından 5 dəqiqə ayırdı. Və bu iki oyunluq qarşıdurma necə bitsə də, “Bayer” rəhbərliyi rus qapıçını Leverkuzenə qaytarmağı düşünməlidi".

Bu yerdə bildirək ki, Andrey keçən yay “Qarabağ"a məhz "Bayer”dən azad agent statusunda keçdi. O, Leverkuzen klubunda 2 ildə cəmi 2 rəsmi matç keçirirək daha çox ehtiyatda qalıb.

Xatırladaq ki, “Qarabağ” Almaniya Bundesliqanın liderini, cari mövsümdə uduzmayaraq 34 oyunluq məğlubiyyətsiz seriyaya malik leverkuzenliləri ilk hissədən sonra 2:0 yenirdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC