Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner milli komandalar tarixində ən sürətli qolu vurub.
Presssport.az xəbər verir ki, avstriyalı futbolçu Slovakiya yığmasıyla səfərdəki yoldaşlıq görüşündə 6-cı saniyədə hesabı açmaqla bunu reallaşdırıb.
Bu, milli komandalar tarixinin ən sürətli qoludu. Əvvəlki rekord 2013-cü ildə Ekvador millisinin qapısına yol tapmaq üçün 7 saniyə vaxt sərf edən almaniyalı hücumçu Lukaş Podolskiyə məxsus idi.
Qeyd edək ki, avstriyalılar millimizin UEFA Millətlər Liqasında rəqibi olan Slovakiyanı 2:0 hesabıyla məğlub edib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC