“Azərbaycan - Monqolustan matçını tam izləməmişik. Bəzi epizodlara baxdıq. Həmin oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də sabahkı rəqibimizi analiz etmişik, hazırlaşmışıq”.
Presssport.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin kapitanı Kiril Despodov sabah Azərbaycana qarşı keçiriləcək görüşlə bağlı danışarkən deyib.
Onun millidəki komanda yoldaşı Aleksandr Kolev bildirib ki, Azərbaycan daha ciddi komandadı, futbolçularının yarısı "Qarabağ"da oynayır və onların da "Bayer"ə nələr etdiklərini gördünüz. Maraqlıdı, kapitan bununla razılaşır?: “Bəli, onun fikirlərini təsdiq edirəm. Azərbaycan millisi ciddi rəqibdi. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC