Aprelin 2-də “Bulvar Marriott Hotel”də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.
Presssport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi
2. Konfransın tərkibinin yoxlanılması
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi
4. Maliyyə Hesabatları
5. Müstəqil auditorun hesabatı
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi
Xatırladaq ki, AFFA-nın 16 ildir prezidenti olan Rövnəq Abdullayev bu dəfə namizədliyini verməyəcək və onun postuna yeganə namizəd SOCAR-ın və “Neftçi”nin rəhbəri Rövşən Nəcəfdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC