"Araz-Naxçıvan" çempionluğunu rəsmiləşdirdi

Bu gün futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, ilk matçda iddialı “Araz-Naxçıvan”la “Neftçi” İK qarşılaşıb. 

“CBC Sport”la canlı yayımlanan görüşdə “qırmızı-ağlar” qələbə qazanacağı təqdirdə çempionluğu təmin edəcəkdi.

Heyətlərə gəldikdə, “Neftçi” cəzalı Reza Abgounun, “Araz-Naxçıvan” isə zədəli Azər Fərmanovun xidmətindən yararlana bilmirdi. 

Hesab erkən açıldı. Daha sonra Auqusto dubl etməklə fərqi 3 topa çatdırdı. Düzdür, “Neftçi” Amirlə fərqi 2 topa endirdi, ancaq növbəti qol da liderdən gəldi. Bu dəfə Lukas dubl müəllifi oldu. Fasiləyə qədər isə “ağ-qaralar” fərqi yenidən 2 topa endirdi. İlk yarıdan fərqli olaraq ikinci hissəyə “Neftçi” qolla başladı. Təcrübəli Məmmədkərimov toru silkələdi. Onun 29-cu dəqiqədə penaltidən vurduğu qol isə hesaba tarazlıq gətirdi. Amma bu bərabərlik 30 saniyə çəkdi. Auqusto het-trik etməklə komandasını da önə keçirdi və çempionluğa qovuşduran qələbə qazandırdı.

İkinci oyunda “Baku Fire” böyükhesablı qələbə qazanmaqla “Neftçi” ilə xal fərqini artırdı. “Yasamal Bakı” da turu böyükhesablı qələbə ilə yekunlaşdırdı.

“Araz-Naxçıvan” – “Neftçi” İK (4:2) 5:4

Qollar: Lukas Romao, 0:17, 7:47, Diaqo Auqusto, 3:34, 4:53, 29:15 // Amir Şojaei, 6:44, Ülvi Əliyev, 14:21, Namiq Məmmədkərimov, 21:58, 28:46 (pen.)

U-19 – Baku Fire (0:3) 1:10

Qollar: Bəyoğlan Vəlizadə, 33:23 // Tofiq Mikayılov, 1:19, Kənan Manafov, 8:48, 21:43, 29:37, İaqo Henrique, 14:51, 20:29, Oruc Baxşəlizadə, 33:40, 35:00, 37:12, Elvin Quliyev, 39:56

Record club – Yasamal Bakı (0:5) 1:11

Qollar: Nahid Mirzəzadə, 39:46 // Behroz Jafari, 7:28, 38:12, Adil İsmayılov, 14:16, Rüstəm Bağırov, 14:55, 15:05, 24:03, 31:24, 38:31, 39:21, Fuad Məmmədzadə, 19:31, Tofiq Məlikov, 37:49

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC