"Neftçi"nin aparıcı futbolçusu "Sumqayıt"la oyunöncəsi məşqdə zədələndi

"Neftçi" Premyer Liqanın XXIX turu çərçivəsində öz meydanında "Sumqayıt"ı qəbul edir.

Presssport.az xəbər verir ki, "ağ-qaralar" ciddi itki ilə üzləşib. 

Belə ki, matçdan əvvəl baş tutan son məşq prosesində komandanın aparıcı futbolçusu Kilan Lebon ağrılar hiss etdiyi üçün bu oyunda iştirak edə bilməyəcək. Mikro zədəsi olan digər cinah yarımmüdafiəçisi Alfa Konte də bu matçı buraxanlar siyahısındadı.

Xatırladaq ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması saat 20:00-da başlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC