Yüksək Liqada ilkin mərhələ bitdi, yarımfinalçılar müəyyənləşdi

Qadın voleybolçuların Azərbaycan çempionatının (Yüksək Liqa) ilkin mərhələsi başa çatıb.

Presssport.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində təşkil olunan XX turun ilk qarşılaşması “Abşeron” və “Azərreyl" arasında olub. Bu matçda “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.

Ardınca meydançaya “Murov Az Terminal” və “Gəncə” çıxıblar. Gərginliyi ilə yadda qalan oyunda gəncəlilər 3:1 hesablı qələbəni bayram edib.

Turun daha bir qarşılaşması isə UNEC-in idman zalında baş tutub. “Milli Aviasiya Akademiyası” və UNEC arasında keçən bu oyunda birincilər 3:0 hesablı qələbə qazanıb.

Beləliklə, ilkin mərhələdə turnir cədvəlində ilk 4 pillədə qərarlaşan “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal” və “Gəncə” pley-offa vəsiqəni rəsmiləşdiriblər. 5-ci yeri tutan “Milli Aviasiya Akademiyası” və sonuncu olan UNEC ölkə birinciliyində mübarizəni dayandırıblar.

Yarımfinalda çempionatın lideri “Azərreyl” 4-cü yerin sahibi “Gəncə” ilə görüşəcək. Digər yarımfinal matçı isə “Abşeron” (2-ci yer) və “Murov Az Terminal” (3-cü yer) arasında baş tutacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “Qızıl set”də müəyyənləşəcək.

Pley-off mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı haqqında məlumat veriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC