I Liqa təmsilçisi “İrəvan" yenidən oyunçu baxımından ciddi sıxıntı yaşayır.
Presssport.az xəbər verir ki, komandadan alqı-satqı məsələsi və digər problemlərə görə o qədər futbolçu çıxarılılıb ki, baş məşqçi Nazim Süleymanovun sərəncamında əvəzetməyə buraxmağa futbolçu qalımayıb.
Belə ki, hazırda “Şamaxı”yla gedən ev matçında 12 oyunçu sifariş olunub. Ehtiyatda olan həmin tək futbolçu da qapıçı - Süleyman Süleymanovdu. Yəni, "İrəvan"ın meydana buraxmağa sahə oyunçusu yoxdu. Belə xoşagəlməz vəziyyət cari mövsümün gedişində bir dəfə də olmuşdu.
Maraqlıdı ki, bugünkü matçda hesabı açan tərəf məhz "İrəvan" olub. Bu, erkən qolla - 4-cü dəqiqədə fərqlənən Samir Qurbanovla reallaşıb. Amma sonradan meydan sahibləri 6 dəqiqəyə 3 qol buraxaraq hazırda 1:3 uduzur.
Xatırladaq ki, komanda üzvlərinə borcları olan "İrəvan"ın prezidenti Zahid Niyazəliyev təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsinı görə saxlanılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC