"Turan" voleybol üzrə CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Mladost” (Xorvatiya) üzərində inamlı qələbə qazanıb.
Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, qarşılaşmadan sonra komandanın baş məşqçisi Ziya Rəcəbov oyunla bağlı fikirlərini bölüşüb və sualları cavablandırıb:
- Rəqibin ən təhlükəli oyunçusu 5 nömrə idi. Cavab qarşılaşmasında onu zərərsizləşdirmək üçün xüsusi hazırlıq görəcəksiniz?
- Əlbəttə. Bu dəfə istədiyimiz kimi alınmadı, amma yenə də qarşısını 3-4 dəfə ala bildik. Yenə üzərində işləyəcəyik. Vaxt azdır, lakin götür-qoy edib çatışmazlıqları aradan qaldıracağıq.
- Üçüncü setdə komanda hesabda geriyə düşdü, lakin sonra toparlanmağı bacardı. Bu geridüşmə yorğunluqla bağlı idi?
- Yorğunluq deməzdim. 16 xaldan sonra asan qələbə qazanmaq hissiyatı yarananda qızlarda hər zaman müəyyən arxayınlaşma olur. Ona görə də toparlanmaq bir qədər çətinləşir. Amma yenə də təcrübə öz sözünü dedi. Yekunda setin qalibi bizim komanda oldu.
- Azarkeşlər və arenada olan ümumi ab-hava necə idi?
- Çox möhtəşəm idilər! Tovuz camaatına buradan qucaq dolusu salamlar göndərirəm. Azərbaycanda belə azarkeş dəstəyini vaxtilə "Rabitə" və "Azərreyl"də görmüşdüm. İndi isə "Turan"da gördüm. Möhtəşəm idilər, çox sağ olsunlar!
- Cavab qarşılaşmasında "Turan"ın heyətində hər hansı dəyişiklik gözlənilir?
- Hər an dəyişiklik ola bilər. Çünki qeyd etdiyim kimi, bizdə birinci və ya ikinci komanda anlayışı yoxdur. Meydana birinci heyət də çıxa bilər, ikinci də, heç bir fərqi yoxdur. Bu gün dəyişikliklərdə də gördünüz ki, oyuna girənlər eyni səviyyəni qoruyub saxlayır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC