Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub.

 

Presssport.az-ın məlumatına görə, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib.

 

Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb.

 

Daha əvvəl Fərhad Rəcəbli (M8, -90 kq) qızıl, Elşən Kərimov (M4, -60 kq) və Babək Hacıyev (M5, -60 kq) isə gümüş medal əldə ediblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC