"Növbəti hədəfim olimpiya çempionu olmaqdır"

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Sənan Süleymanovun növbəti hədəfi olimpiya çemiponu olmaqdır.

 

Presssport.az xəbər verir ki, dünya çemiponu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

 

"Dünya çempionu olmağı çoxdan arzulayırdım. Bu hissi sözlərlə ifadə edə bilmirəm. Uzun illərdir, heç kimin bilmədiyi, görmədiyi o qədər əziyyət, zəhmət çəkmişəm, zədələrim olub. Formada olduğum vaxtlar dəfələrlə məğlub olmuşam, amma həvəsdən düşməmişəm. Bu gün isə dünya çempionu oldum. Qarşıda bir əsas hədəfim qalıb - olimpiya çempionu olmaq. Mən əminəm ki, Allahın izni ilə növbəti olimpiadada öz hədəfimə nail olacağam", - S. Süleymanov deyib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC